Kubada matəm elan olunub

Kubada matəm elan olunub

Kuba hakmiyyəti "Boeing-737" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərlə əlaqədar olaraq matəm elan edib.

Aktual.az Trend-ə istinadən bildirir ki, matəm may ayının 19-u saat 06:00-dan mayın 21-i saat 00:00-a kimi elan olunub.
Qeyd edək ki, Havanadan Olginə uçan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzaya uğrayan "Boeing" təyyarəsinin göyərtəsində 110 nəfər olub. Bunu təyyarəni icarəyə götürən "Global Air" şirkəti bildirib.
"Təyyarə Havana-Olgin (Kuba) reysini yerinə yetirərkən göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub", deyə şirkətin məlumatında bildirilir.
Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Daha öncə üç nəfərin sağ qaldığı bildirilirdi.
 
Aktual.az 
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR