KTMT-nin qərargah rəisi Qarabağ münaqişəsinin həllindən danışdı

KTMT-nin qərargah rəisi Qarabağ münaqişəsinin həllindən danışdı
  • DÜNYA

"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
"Paqon daşımağıma baxmayaraq, münaqişələrin həllinin yalnız sülh yolu ilə mümkün olduğuna əminəm. Belə addımlar müxtəlif strukturlarının birgə fəaliyyət göstərəcəyi təqdirdə mümkündür", - A.Sidorov bildirib. 
O, Rusiya silahlarının Azərbaycana satılmasına da toxunub: "Rəsmi Bakı belə satınalmalarda maraqlı olduqdan sonra mütləq haradansa tapıb alacaq. Belə bir deyim var: müqəddəs yer heç vaxt boş qalmır. Belə başa düşürəm ki, əsas vəzifə balansı saxlamaq və ya münaqişənin yekun həllinə nail olmaqdır. Bu baxımdan, Rusiya silahlarının Azərbaycana satılmasının öz müsbət tərəfləri də var".
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR