Kriminal qruplaşmaların atışması xəbərinə rəsmi reaksiya

Kriminal qruplaşmaların atışması xəbərinə rəsmi reaksiya

Ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında kriminal qruplaşmalar arasında atışma baş verməsi barədə yerli mətbuatda xəbər yayılıb 

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ölkə.az-a açıqlama verib.

Açıqlamada deyilir:

"Bu kriminal qruplaşmaların necə "razborkası"dır ki, bir nəfərin də burnu qanamayıb. Hadisəni yalandan şişirdiblər. Bu barədə bizə heç bir məlumat daxil olmayıb".

Qeyd edək ki, məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.
 
Aktual.az
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR