Kriminal aləm seçkilərə hazırlaşır: “Oğruların kralı” seçiləcək - Namizədlər

Kriminal aləm seçkilərə hazırlaşır: “Oğruların kralı” seçiləcək - Namizədlər

Rusiya kriminal aləmində "seçkiöncəsi kampaniyaya” start verilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, kriminal general Zaxari Kalaşovun (Şakro Molodoy) uzunmüddətli həbsi "baş ofis”in sahibsiz qalmasına səbəb olub. Hazırda bu post uğrunda 2 nəhəng mafia qruplaşması – Slavyan və Qafqaz qruplaşmaları mübarizə aparır.

Çərşənbə günü "Batoni” restoranında aralarında 51 yaşlı Yuri Piçuqin (Piçuqa), 44 yaşlı Vasiliy Kristoforov (Voskres Vasya), 62 yaşlı Georgi Diakvnişvili (Giya Dlinnıy) və 57 yaşlı Paat Tvalçrelidze (Paat Malenkiy) kimi kriminal liderlər də olmaqla avtoritetlərin görüşü keçirilib. Görüşə polis başqını olub. Axtarış zamanı heç bir avtoritetin üzərindən silah və ya narkotik vasitə tapılmasa da, onlar polis idarəsinə aparılıblar. Profilaktik söhbət aparıldıqdan sonra kriminal avtoritetlər sərbəst buraxılıblar.

Görüşün iştirakçıları keçmiş bayramları qeyd etmək üçün toplandıqlarının bildirsələr də, hüquq-mühafizə orqanlarındakı mənbə avtoritetlərin lideri müəyyən etmək üçün "sxodka” keçirdiklərini bildirib.

Mənbənin sözlərinə görə, Rusiya kriminal tarixində ilk dəfə "oğruların kralı” slavyan ola bilər. Belə ki, müxtəlif versiyalara baxmayaraq slavyanların vahid lideri kimi Piçuqa seçilib. Digər mümkün namizədlər kimi Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (Şişkan) və Aleksey Petrov (Petrik) nəzərdən keçirilir.

Əldə olunan məlumata görə, qafqazlılar slavyan həmkarlarını görüşə çağıraraq gözlənilən seçkinin detallarını və namizədləri müzakirə etmək istəyiblər. Namizədini dəqiqləşdirməyən qafqazlılar seçkilərin vaxtını dəyişməyi təklif ediblər.

Mənbənin məlumatına görə, Qafqaz qruplaşmasından mümkün namizəd kimi Laşa Şuşanaşvili (Laşa Rustavski) seçilə bilər. Hazırda o, Yunanıstanda yaşayır. Onun rəqibi isə Rusiya kriminalının patriarxı Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu ”qanuni oğru” Dmitri Çanturi (Miron) ola bilər. Məlumata görə, məhz o, hazırda əmisinin işlərinə nəzarət edir. Şakro kimi Miron da milliyətcə yezidi kürdüdür. Odur ki, kriminal generalın dəstəyinə də arxalana bilər.

Lakin, kriminal liderlik uğrunda başqa bir versiya da nəzərdən keçirilə bilər. Bu, qafqaz və slavyan qruplaşmalarının birliyidir. Bu halda bir qruplaşma liderlik edərkən, digər qruplaşma üzvləri onun məsləhətçiləri ola bilər.

Şakro Molodoy isə yeni seçkilərdən heç də razı deyil. Mənbənin məlumatına görə, kriminal general həbsdə olmasına baxmayaraq "oğru dünyasına” nəzarət edə biləcəyini bildirib.

Lakin görünən odur ki, kriminal aləm yeni liderin seçilməsində qətiyyətlidir. Əgər tərəflər razılığa gələ bilməsə, o zaman bütün bunlar "müharibə" ilə sonlana bilər.
 
Aktual.az
Xəbər 13638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR