Kremldə təhlükəsizlik tədbirləri gücləndirildi

Kremldə təhlükəsizlik tədbirləri gücləndirildi

Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib.

Aktual.az  report-a istinadən verdiyi xəbərə görə, bunu Kremlin komendantı Sergey Xlebnikov deyib.
"Tədbirlər faktiki olaraq faciəli hadisələrdən dərhal sonra görülüb. Məlum səbəblərdən mən bu barədə ətraflı danışmaq istəməzdim. Təhlükəsizlik heç vaxt kifayət qədər olmur, lakin əlimizdə olan bütün imkanlardan istifadə edirik. Biz vəziyyətə nəzarət edərək yeni imkanları araşdırırıq", - komendant bildirib.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR