“Korrupsionerin yekəsi özünsən, sən kimi ittiham edirsən?” – Millət vəkilindən sillə kimi sözlər!

“Korrupsionerin yekəsi özünsən, sən kimi ittiham edirsən?” – Millət vəkilindən sillə kimi sözlər!

"AXCP funksionerləri – başda rəhbərləri Əli Kərimli olmaqla biznesin ən optimal yolunu tapıblar.  Sərmayə, maya qoymadan pul götürürlər. Yumurtadan yun qırxmaq buymuş məgər”.
Aktual.az xəbər verir ki, bu fikirləri millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev AXCP ətrafında cərəyan edən "mühacir qalmaqalı”na münasibət bildirərkən söyləyib.
"Biz də nə vaxtdır baş sındırırıq ki, bu Əli Kərimli 25 ildir nə ilə dolanır, övladını -  ili yüz min evroluq Universitetdə necə oxutdurur, ətrafındakı cangüdənləri, sürücüləri, əməkdaşları hansı pulla saxlayır. Demə məsələ bu qədər bəsitmiş.  Bəy 7 sm-lıq möhürlə özünə möhtəşəm biznes-imperiya qurubmuş, bir ucdan vəsiqə istehsal edirmiş, dənəsi 3 mindən "turistik viza” – fason sənədlər paylayırmış.
Və bütün bunların müqabilində...hələ utanmadan kimlərəsə ittiham yağdırır, 3-5 nəfərlik mitinqinin bütün şüarlarını korrupsiya ilə mübarizəyə həsr edir, demokratiyadan, insan haqlarından dəm vurur, sosial şəbəkədə nağıllar danışır. Oysa, adama deyən lazım: Korrupsionerin yekəsi, korrupsiyanın bünövrə qoyanı, təməl atanı özünsən, sən kimi ittiham edirsən?  Sən hansı vicdanla, hansı əqidə ilə tər-təmiz reputasiyalı insanlara şər atırsan, qara yaxırsan? Əlindəki bir möhürlə bu qədər işlər çevirib milyoner ola bilmisənsə, iraq olsun gör hansısa vəzifə, böyük səlahiyyət sahibi olsaydın nələr edərdin. 
Get indi istintaq orqanlarına cavab ver, qanun qarşısında dayan.
Törətdiyin əməllərin, cinayətlərin bədəlini ödəmək vaxtı gəldi, "cənab” Kərimli!” – deyə Partiya sədri fikirlərinə davam edib. 

Xəbər 3593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR