Koreyanın bu addımı bitkoinin ucuzlaşmasına səbəb oldu

Koreyanın bu addımı bitkoinin ucuzlaşmasına səbəb oldu
  • DÜNYA

Dünyada ən populyar kriptovalyuta olan bitkoin 13 min dollaradək ucuzlaşıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu ucuzlaşma Cənubi Koreyada kriptovalyuta ilə ticarətə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə bəyanatdan sonra qeydə alınıb.
"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb. "Coindesk" isə bu kriptovalyutanın məzənnəsinin 11% və ya 13,25 min dollaradək azaldığını yazır.

Qeyd edək ki, Koreya Respublikası bitkoin və "Ethereum"la ticarət əməliyyatlarının aparıldığı iri bazarlardan biridir. Ölkənin ədliyyə naziri Pak San Gi bildirib ki, hakimiyyət virtual kartlarla bağlı vəziyyətdən narahatdır.
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR