Komitə: Qeyri-neft məhsullarının ixracı artdı

Komitə: Qeyri-neft məhsullarının ixracı artdı

Son rəqəmlər.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 135 ölkədən idxal olunub.

Aktual.az Oxu.Az- a isttinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Komitədən bildirilib ki, ticarət dövriyyəsinin 9,2%-i MDB, 48,6%-i Avropa İttifaqı, 42,2%-i isə digər ölkələrin payına düşüb.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 19 milyard 467,6milyon dolları, o cümlədən ixracın həcmi 12 milyard 889,1milyon dollar, idxalın həcmi 6 milyard 578,5 milyon dollar təşkil edib, nəticədə 6 milyard 311 mln dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

“İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib”, - deyə, komitədən qeyd edilib.

Bundan əlavə, DSK-dan qeyd edilib ki, yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1 milyard 179 milyon dollar təşkil edib.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR