Klaviaturadakı bu düymələr nə işə yarayır?

Klaviaturadakı bu düymələr nə işə yarayır?

Hazırda texnologiya dünyasının sürətlə inkişaf etdiyi dövrdəyik. Artıq kompüter, telefon və digər texnoloji cihazlar həm gündəlik həyatımızın, həm də işimizin önəmli bir hissəsinə çevrilib. Bu texnologiyalardan sıx şəkildə istifadə etsək də, onların bəzi funksiyaları və istifadə qaydaları hələ də bəzi insanlara məlum deyil.
Publika.az kompüter klaviaturasındakı çox az insanın bildiyi bəzi düymələrin nə işə yaradığını təqdim edir:
F1: Kömək pəncərəsini açır
F2: Fayl və qovluqların adlarını dəyişdirməkdə istifadə olunur
F3: Axtarış pəncərəsini açır
F4: Ünvan çubuğu menyusunu açır
F5: Fayl və ya qovluğun məzmununu yeniləyir
F6: Kursoru brauzerin adres sətirinə yerləşdirir
F7: Microsoft Offise, Word, Exsel, Outbook proqramlarında düzgün yazılışı yoxlayır
F8: Əməliyyat sistemi yoxlanılan zaman yükləmə rejiminə icazə verir
F9: Word sənədini yeniləyir, Outbooka poçta qəbul edir
F10: Açıq əlavədə menyu sətirini aktivləşdirir. SHİFT+10 kombinasiyası siçanın sağ düyməsini əvəz edir
F11. Bəzi brauzerlərdə tam ekran rejimini açır və bağlayır, pəncərəni tam ekrana çevirir
F12: Girmiş olduğunuz səhifədə qaynaq kodlarını göstərir
Qeyd edək ki, klaviatura düymələrinə hər proqram tərəfindən fərqli vəzifələr yüklənə bilər. Bu səbəbdən hər proqrama görə burada yazılanlardan fərqli funksiyalarla üzləşə bilərsiniz.
 
Aktual.az
Xəbər 691 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR