Rusiya Müdafiə Nazirliyi kök hərbçilərin hərbi xidmətdən uzaqlaşdırılması barədə qərar qəbul edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirlikdəki mənbə yerli KİV-ə bildirib.
Mənbənin sözlərinə görə, bu barədə göstəriş artıq bütün hərbi hissələrin kadrlarla iş üzrə şöbələrinə göndərilib.
Məlumata görə, hərbçilər tibbi müayinədən keçiriləcək və 4-cü dərəcə piylənmə diaqnozu qoyulan hərbçilər orduda xidmətdən uzaqlaşdırılacaq.
Xəbər 303 dəfə oxunub.