Kiyevdə 20 azərbaycanlı miqrant saxlanıldı - VİDEO

Kiyevdə 20 azərbaycanlı miqrant saxlanıldı - VİDEO

Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə Kiyevdə apardığı reyd zamanı "Troeşina” bazarı yaxınlığındakı hosteldə yaşayan 32 qanunsuz miqrant saxlanılıb.

 

"Report” xəbər verir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var.
Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən edilib.
Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.
Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR