"Kiyev məni Polşaya deportasiya etməyi qərara alıb"

  • DÜNYA

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Kiyevin onu Polşaya deportasiya etmək qərarı verdiyini bildirib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, M.Saakaşvili bu barədə "Rustavi-2" telekanalına müsahibəsində bildirib.  "Ukrayna Prokurorluğu məni ölkədən deportasiya etmək üçün ev dustaqlığıma xitam verib. Məlumatıma görə, Ukrayna Miqrasiya Xidməti mənim deportasiya olunmağıma dair sənədlər paketini artıq imzalayıb. Daha doğrusu, söhbət readmissiyadan gedir - Ukraynaya haradan daxil olmuşamsa, həmin ölkəyə qaytarmaq istəyirlər, yəni Polşaya",  - deyə M.Saakaşvili qeyd edib. 
 
Aktual.az 
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR