KİV: Putinin elçisi Gürcüstanda gizli səfərdədir

KİV: Putinin elçisi Gürcüstanda gizli səfərdədir
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putinin elçisi, Moskvada Gürcüstan "Vətənpərvələr Alyansı”nın üzvlərini qəbul etmiş şəxs Artyom Kavinov Tbilisidə gizli səfərdədir.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə "Rustavi-2” telekanalının informasiya xidməti məlumat yayıb.

"Vahid Rusiya” Partiyasından Dumada deputat olan Artyom Kavinovu Gürcüstan "Vətənpərvərlər Alyansı” dəvət edib. Bir müddət əvvəl "Vahid Rusiya” Partiyası ilə Gürcüstan deputatları arasında Kremldə keçirilən görüşdə Artyom Kavinov da iştirak edib.

Telekanal alyansın üzvü Ada Marşaniyaya zəng edərək, ondan rusiyalı deputatın səfərinin məqsədini öyrənmək istəyib: "Sizin bunu bilməyiniz vacib deyil. Bu, xüsusi, qeyri-rəsmi görüşdür. Mənim sizinlə danışmağa vaxtım yoxdur”.

"Rustavi-2” keşiş Georgi Qurçiani ilə də əlaqə saxlayıb. O, Artyom Kavinovun Tbilisiyə bir neçə din xadimi ilə birlikdə səfər etdiyini təsdiqləyib. G.Qurçiani bildirib ki, Kavinov Gürcüstanın patriarx-katolikosu II İlya ilə görüşərək hədiyyə verib.

Qeyd edək ki, "Vahid Rusiya” Partiyası Rusiya prezidenti Vladimir Putinin partiyası sayılır.

Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov "Front News International”a müsahibəsində bildirib ki, Gürcüstana deputatlar kilsə xətti ilə gediblər: "Hələlik deputatlar kilsə xətti ilə qrup şəklində Gürcüstana səfər edərək orada qeyri-rəsmi görüşlər təşkil etməyə başlayıblar. Gələcəkdə onların sırası yeni üzvlərlə tamamlanacaq”.
 
Aktual.az
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR