Kişilərə 150 min manat "atan" qadına HÖKM OXUNDU

Kişilərə 150 min manat

150 min manat pulu  dələduzluq etməklə ələ keçirməkdə  təqsirləndirilən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Aygün Rəhimova 3 epizod üzrə dələduzluq etməkdə təqsirləndirilir. İş üzrə ümumi ziyan 150 min manatdır.
İrəli sürülən ittihamlara əsasən, o, Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat pul alıb. Lakin qadın onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.
Daha sonra telefon biznesi adı ilə yenə Q.Məmmədovdan 14 min manat alıb. Lakin yenə o pulu mənimsəyib.
Bundan başqa, Aygün Rəhimova Surxay Məmmədovdan qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirmək adı ilə 55 min manat alıb. Bu dəfə də Aygün Rəhimova verdiyi sözə əməl etməyib.
Zərərçəkmişlərin şikayəti əsasında Aygün Rəhimova həbs edilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq) maddəsi ilə ittiham verilib.
 
Aktual.az
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR