Kişi və üç azyaşlı oğlu faciəvi şəkildə öldü - Rusiyada

Kişi və üç azyaşlı oğlu faciəvi şəkildə öldü - Rusiyada

Rusiyanın Tümen vilayətində bir kişi və üç uşaq yanğının qurbanı olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi regional Baş İdarəsindən bildirilib ki, hadisə mayın 29-na keçən gecə baş verib.
 
Fərdi evdə baş vermiş yanğının söndürülməsinə 23 yanğınsöndürən, 11 maşın cəlb edilib.
 
Yanğınsöndürənlər bir qadını xilas edərək təcili yardıma çatdırıblar.
 
1984-cü il təvəllüdlü ailə başçısı, 2014-cü il təvəllüdlü bir, 2016-cı il təvəllüdlü iki oğlu isə yanğında ölüb.  
Yanğının başvermə səbəbləri sırasında əsasən siqaret çəkən zaman ehtiyatsızlıq və elektrik  avadanlıqlarının nasazlığı versiyaları üzərində işlənilir.
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR