Kinoprodüser vəfat etdi

Kinoprodüser vəfat etdi

Azərbaycanın əməkdar mədəniyyət işçisi, kinoprodüser Xanlar Cəfərov vəfat edib.

Aktual.az Report-a  istinadən xəbər verir ki, bu barədə Azərbaycan Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

X.Cəfərov 1947-ci ildə Bakıda anadan olub.1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub.
2001-ci ildən Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Kinoda ilk fəaliyyəti rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı "Nəsimi" filmində rejissor köməkçisi olub. Xanlar Cəfərov kino həyatında fəaliyyətini sənədli filmlərin prodüsseri kimi davam etdirib.

Xəbər 793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR