Kimyəvi təmizləyicilərə alternativ üsullardan istifadə edin

Kimyəvi təmizləyicilərə alternativ üsullardan istifadə edin

Xərçəng xəstəliyinə təkan verən kimyəvi təmizləyici maddələrdən istifadə etmək əvəzinə, təbii üsullardan istifadə edin və sağlam qalın.

Aktual.az deyerler.org-a istinadən bildirir ki, evinizdə kimyəvi təmizləyicilərə alternativ olan üsullarla tanış ola bilərsiniz.
 
Mətbəxdəki əl-üz yuyan çanağınız çirklidir?
 
Mətbəxdəki əl-üz yuyan çanağınız parlaqlığını itirib və ləkəli ola bilər. Əliniz dərhal kimyəvi gellərə uzanmasın. Əl-üz yuyan çanağı bir dilim limonla və ya sirkəli su ilə silin və nəticəni görün.
 
Xörək qoxusundan xilas olmaq çətindir?
 
Mətbəxdəki ağır yemək qoxusu sizi narahat edirsə, kimyəvi otaq ətirlərinə dərhal müraciət etməyin. Yemək bişirmə və ya qızartma işlərini başa çatdırdıqdan sonra, sobanın üstünə bir çimdik duz atın və qoxu aradan qalxacaq.
 
Əl-üz yuyan tıxanıb?
 
Marketlərdən aldığınız bahalı əl-üz yuyan tıxanmasını açan mayelər və ya tozlar, buraxdıqları qazlarla sizə və sonra da kanalizasiyaya təsir edə bilər. Həmçinin sulara da zərər vura bilir. Halbuki tıxanmış əl-üz yuyanı açmaq üçün 2 yemək qaşığı soda töküb, əriməsini gözləyin. Daha sonra bir su stəkanı sirkə əlavə edin və bir müddət gözləyib isti suyu açaraq axıtmaqla eyni nəticəni əldə edəcəksiniz.
 
Stəkanlardakı ləkələrlə bağlı
 
Ləkəsi çıxmayan stəkanlar üçün həll yolu isə sadədir. Süngərin üzərinə bir az soda və ya sirkə töküb stəkanı silin. Tənbəllik edirsinizsə, qabyuyan maşınınızın parladıcı gözünə sirkə əlavə edərək, stəkanlarınızın təmizləndiyini görəcəksiniz.
 
Dolabın içi qoxu verir?
 
Dolablarınız içində saxladığımız ərzaqlar səbəbilə qoxu verirsə, içindəkiləri boşaldın və sirkəli suda isladılmış bir bezlə silin. Tamamilə quruduqdan sonra, şkafın künclərinə, içində kofe və ya çay olan parça torbalar qoyun.
 
Ütünüz ərp bağlayıb?
 
Ütünün buxar deşikləri tıxanıbsa, bunu çox sadə bir yolla aradan qaldırın. Limon duzu ilə su qarışığını hazırlayıb, ütüyə doldurun və cərəyan mənbəyinə qoşun. Bir neçə dəqiqə sonra cərəyan mənbəyini çəkin və bütün gecəni ütünü bu vəziyyətdə saxlayın. Səhər ütünün içindəki qarışığı boşaldanda ərplərdən də xilas olacaqsınız.
 
Tozsorandan toz qoxusu gəlir?
 
Toz torbasını təmizləyin və işə salmadan əvvəl içinə bir çimdik qəhvə, vanil və ya darçın qoyun. Artıq tozsoran daha gözəl qoxu verəcək.
 
Aktual.az 
Xəbər 635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR