Kim Çen Inın qardaşı öldürüldü

Kim Çen Inın qardaşı öldürüldü
  • DÜNYA

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda "Yonhap” agentliyi bildirib.
Agentliyin məlumatına görə, Kim Çen Nam Kuala-Lumpur aeroportunda öldürülüb. Mənbə qeyd edib ki, iki naməlum qadın ona zəhərlənmiş iynə batırıb. Qadınlar cinayət yerindən qaçıb gizləniblər. Onların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir.
"Reuters” xəbər verir ki, Malayziya polisi naməlum kişinin hava limanından xəstəxanaya aparılarkən yolda öldüyünü təsdiqləyib. Malayziyanın təhlükəsizlik xidməti hələlik ölənin kimliyini təsdiqləməyib.
 
Aktual.az
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR