Kikboksinq Federasiyası tədbir keçirib

Kikboksinq Federasiyası tədbir keçirib
  • İDMAN

Fevral ayının 11-də Xəzər rayonu, Buzovna qəsəbəsində Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr olunmuş klub birinciliyi keçirilib. Bölgələrdən də turnirə qatılan idmançılar güclərini sınayıb. Idmançılara və turniri izləməyə gələn vətəndaşlara Xocalı faciəsiylə bağlı maarifləndirici məlumat verilib. Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Həmin gün həm də Kikboksinq Federasiyasının Buzovna qəsəbəsində "Ali Fight" klubunun açılış mərasimi keçirilib. Bir arada təşkil edilən tədbirdə, Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev, Xəzər rayon Icra Hakimiyyətinin nümayəndələri, öz sözünü demiş idmançı Eduard Məmmədov da iştirak edib.
 Tədbirdə çıxış edən Adil Əliyev dövlət başçısının idmana göstərdiyi diqqət və qayğıdan söz açıb. Həmçinin, vurğulayıb ki, Ali Baş Komandanın göstərişi ilə bütün idmançılarımız dövlətimizin suverenliyi və torpaqlarımızın azad olunması üçün əllərindən gələni etməyə hazırdı. Dövlət himnimiz səsləndirildikdən sonra Federasiya Prezidentinin klubun açılışı üçün hədiyyə etdiyi tort kəsilib. 
Sonda qələbə qazanmış idmançılar və klublar diplom və medallarla təltif olunub. 
Xüsusilə qeyd edim  ki, bir qəsəbədə bu cür klub yaratmaqla gələcəkdə güclü idmançıların yetişəcəyinə şübhəmiz yoxdur. Odur ki, başda Adil Əliyev olmaqla, Zaur və Məhəmməd müəllimə təşəkkür etməyə dəyər. 
Uğurlarınız daimi olsun!

 ÜLVİ                                              






Xəbər 823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR