Keşikçi dağı məbədi təhlükədə olan abidələr siyahısına daxil edilib

Keşikçi dağı məbədi təhlükədə olan abidələr siyahısına daxil edilib

Azərbaycan-Gürcüstanl sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) "Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib. O bildirib ki, David Qareci məbədi ilə yanaşı, Çiatura kanat yolları da qeyd olunan siyahıya salınıb.
M. Giorqadze qeyd edib ki, "Europa Nostra” təşkilatının siyahısında dünya üzrə 12 abidə yer alıb və mart ayının sonunda 7 abidənin olacağı yekun siyahı açıqlanacaq: "Yekun siyahı məlum olandan sonra təşkilatın ekspertləri abidələrə ziyarət edəcək və xüsusi fəaliyyət planı hazırlayacaqlar”.
Qeyd edək ki, Keşikçi dağı məbədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. "Europa Nostra” təşkilatı mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən Avropa federasiyasıdır. 42 ölkəni əhatə edən təşkilat 1963-cü ildə Parisdə təsis olunub.
 
Aktual.az
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR