Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi

Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi

Azadlıq prospektində baş verən yanğında əleyhqazını vətəndaşa verərək həyatını riskə atan Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Xətai Şahverdiyev kapitan rütbəsi alıb. 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, X. Şahverdiyev bu haqda sosial şəbəkədə yazıb: “Kapitan rütbəsi aldığım üçün çox sevinirəm. FHN əməkdaşı olmaq şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm”.

Açıqlamasında tək onun yox, digər yoldaşlarının da rütbə alacağını bildirən kapitan gənc yaşda bu rütbəyə çatmağın xoş olduğunu vurğulayıb. 

Xatırladaq ki, X. Şahverdiyev 14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edərkən əynindəki döyüş paltarını və əleyhqazı ona verdiyi üçün özü zəhərlənmişdi. 

 
Xəbər 838 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR