Kəmaləddin Heydərov Beyləqanda qəbul keçirəcək

Kəmaləddin Heydərov Beyləqanda qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 23-də saat 11:00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edəcək.

Aktual.az  xəbər verir ki. qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında mayın 22-də, saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Aktual.az
Xəbər 173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR