Kəlbəcər sakini öz avtomobilinin altında qaldı

Kəlbəcər sakini öz avtomobilinin altında qaldı

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.
Həmin vaxt  öz avtomobilinin qabaq hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz avtomaşınının altında qalaraq, ağır bədən xəsarətləri alıb. 
Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsa da, orada ölüb. 
Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az 
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR