Keçmiş sevgilisini erotik video ilə təhdid etdi: "Biabır olacaqsan!" - AZƏRBAYCANDA

Keçmiş sevgilisini erotik video ilə təhdid etdi:

Onun övladları var. Axı, mən də anayam"

Aktual.Az xəbər verir ki, Azərbaycanda 30 yaşlı şəxs keçmiş sevgilisini onun iştirakı ilə xəbərsiz çəkilən erotik video ilə təhdid edib.

"Median.az" saytına daxil olan şikayətə əsasən, 1985-ci il təvəllüdlü, Səbail rayonunda 20-ci sahədə yaşayan M.Gülməmmədov adlı şəxs keçmiş sevgilisi Svetlana Süleymanovadan ayrılsa da, rahat buraxmır. Svetlana Gülməmmədovun evli olduğunu bildikdən sonra ayrılmaq qərarına gəlib. Bu qərar kişinin xoşuna gəlməyib. O, mütəmadi olaraq onunla bir yerdə olan zaman gizli çəkilən intim görüntüləri yayacağını deyir.

"Əgər məndən ayrılsan, bu videoyazını sənin bütün tanışlarına göndərəcəm və sən biabır olacaqsan!", - deyə həmin şəxs Süleymanovaya bəyan edib.

Bundan sonra Gülməmmədov videonun bəzi kadrlarını Svetlananın tanışlarına göndərib. Süleymanova 35-ci polis şöbəsinə də müraciət edib. Onun aldığı cavab isə belə olub:

"Biz onu çağıracağıq, cərimə edəcəyik. Ancaq sizə elə gəlmirmi ki, biz bununla onu daha çox özündən çıxara bilərik?".

Svetlana Süleymanova hələlik nə edəcəyini bilmir.

"Mənə sadəcə yuvanı dağıtmaq istəmədim. Onun övladları var. Axı, mən də anayam", - deyə qadın bildirib.

Məsələni diqqətdə saxlayacağıq.

Xəbər 2411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR