Keçmiş nişanlısı evlilik verilişindəki azərbaycanlı qızı döydü - Video

Keçmiş nişanlısı evlilik verilişindəki azərbaycanlı qızı döydü - Video

Xəbər verdiyimiz kimi, keçən həftə "Zuhal Topalla” evlilik proqramında Nazın keçmiş nişanlısı Baha onun yeni sevgilisi Əli ilə rəqs etməsini qısqanclıqla qarşılayıb və studiyanı tərk etmişdi.





Oxu.Az haber365.com.tr-yə istinadla xəbər verir ki, Naz ötən gün proqramdan çıxıb avtomobilinə minərkən Baha ona mane olub və döyməyə başlayıb. Həmçinin Naza yardım etmək istəyən təhlükəsizlik qrupu ilə də dava edib.



Proqrama qatılan Bahanın dostları - digər bəy namizədləri də hadisə yerinə gələrək mühafizəçilərə hücum ediblər.


 
Hər iki tərəf bir-birindən şikayətçi olub və polis bölməsinə aparılıb.

Aparıcı Zuhal Topal isə baş verənləri qorxu dolu gözlərlə kənardan izləməklə kifayətlənib.
 
Watch video!
Aktual.az
Xəbər 826 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR