Keçmiş model oğlu ilə birlikdə özünü binadan atdı - FOTO

Keçmiş model oğlu ilə birlikdə özünü binadan atdı - FOTO

7 yaşlı oğlu ilə birlikdə özünü Nyu-Yorkdakı lüks oteldən atan keçmiş "Playboy" modeli və övladı ölüb.

Aktual.az xarici mətbuata istinadla xəbər verir ki, səhər saatlarında onların cəsədini ikinci mərtəbənin eyvanında tapan otel işçiləri polis çağırıblar. Polislərin verdiyi məlumata görə, 47 yaşlı model Stephanie Adams (Stefani Adams) və oğlu Vincent (Vinsent) hadisə yerində keçiniblər. Otel işçiləri bildirir ki, intihardan xəbərləri olmayıb.
İntiharın səbəbi araşdırılır.
Qeyd edək ki, 16 yaşından modellik karyerasına başlayan Stefani "Playboy" jurnalının 1992-ci il buraxılışının üz qabığını bəzəyib. Onun özünəməxsus şirkəti olub və kitab müəllifidir. Adı homoseksuallıqda hallanan model iki dəfə ərdə olub. //Milli.Az 
 
Aktual.az
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR