Kataloniyada toqquşmalar başlandı - FOTO

Kataloniyada toqquşmalar başlandı - FOTO
  • DÜNYA

İspaniyanın bölgəsi olan Kataloniya Muxtariyyəti dünən "dövlət müstəqilliyi"ni bəyan edəndən və Madrid də bu qərarı qanunsuz adlandıraraq Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğv olunaraq orada birbaşa idarəçilik rejiminin tətbiqini açıqlayandan sonra vəziyyət həddən ziyadə gərginləşib.

Milli.Az European-a istinadən bildirir ki, dünən axşam saatlarından başlayaraq Barselonada və Kataloniyanın digər şəhərlərində muxtariyyətin müstəqilliyinin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmalar başlanıb.
Barselonada müstəqillik tərəfdarlarının yürüşünə on minlərlə katalon qatılıb. Bu yürüşlə eyni vaxtda İspaniyanın ərazi bütövlüynün pozulmasına qarşı çıxanların mitinqi olub.
İki aksiyanın iştirakçıları arasında dava düşüb.

Davanı polis güclə yatırıb. Qarşıdurmada onlarla insanın yaralandığı bildirilir.





Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR