Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi seçilib – 21-ci dəfə

Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi seçilib – 21-ci dəfə

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik daha bir il bu vəzifəyə seçilib.

ATƏT Katibliyindən "Report”a verilən məlumata görə, qərar ATƏT-in Daimi Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, A.Kaspşik 1997-ci ildən bu vəzifədədir və artıq 21-ci dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.
A.Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək. O, münaqişənin sülh yolu ilə uzunmüddətli həllinə nail olunması üzrə həmsədrlərin səylərinə töhfə verəcək.
A.Kaspşik ATƏT-in münaqişə zonasında müntəzəm keçirilən monitorinq missiyalarında iştirak edir, eləcə də ATƏT-in Minsk qrupunun bütün görüşlərdə, o cümlədən həmsədrlərin Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşlərində iştirak edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR