"Kartofun texniki təyinatlı olması barədə fikirlər əsassızdır"


Azərbaycan Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə yayılan məlumatlara münasibət bildirib.

Aktual.az Apa-ya istinadən bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.

Komitə bildirir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur: "Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir".

Məlumatda qeyd edilir ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar laborator müayinədən keçirildikdən sonra verilir: "Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır".

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR