Kardaşyan Sarkisyana qarşı - "Ermənistan təhlükədədir"

Kardaşyan Sarkisyana qarşı   -

Erməni əsilli amerikalı fotomodel Kim Kardaşyan və System of a Down qrupunun lideri Serj Tankyan İrəvanda etiraz edən nümayişçiləri dəstəkləyiblər.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Aman tanrım, Ermənistanda nələr baş verir... Dəhşət. Mənim vətənim təhlükədədir”, - deyə Kardaşyan “Facebook” sosial şəbəkəsində yazıb.

System of a Down qrupunun lideri Serj Tankyan da İrəvan və başqa şəhərlərdə baş verən aksiyaları dəstəkləyərik erməni polisinin zorakılığını pisləyib.

Tankyan qeyd edib ki, kommunal xidmətlər sahəsində xarici şirkətlər tərəfindən idarə olunan inhisarçılar milliləşdirilməlidir. 

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

Aktual.az

Xəbər 1139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR