"Kapital Bank"ın iki departamentinə yeni rəhbər təyin olundu


“Kapital Bank” ASC-də kadr dəyişikliyi baş verib.
 
Aktual.az APA-ya istinadən xəbər verir ki, bankın Hüquq departamentinin rəhbəri vəzifəsinin icrası Emin Nurəddin oğlu Kərimova həvalə olunub.

Bundan başqa, Fərqanə Oqtay qızı Məmmədova isə İnsan Resurslarının idarə edilməsi departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Beləliklə, ölkənin ən iri banklarından biri olan "Kapital Bank"da departamentlərin sayı 18 olub.

Əlavə edək ki, Emin Kərimov 29 iyun 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib. 2010-cu ildə Fulbright Tələbə Proqramı finalçısı olub və ABŞ-ın Minnesota Universitetində kommersiya hüququ üzrə magistraturanı (LLM) bitirib. 2009-2013-cü illərdə PASHA Holding MMC-də hüquqşünas vəzifəsində çalışıb. 2013-2015-ci illərdə “PASHA Holding” MMC-nin Türkiyə İstanbul Nümayəndəlik ofisinin rəhbəri olub.

E. Kərimov İE Business School və London Business School-da müxtəlif təlimlərin məzunudur.

Kommersiya hüququ mövzusunda müxtəlif məqalələrin müəllifidir. Bakı Hüquq Jurnalının (Baku Law Journal) təsisçisi və ilk redaktoru olub. Azərbaycanda ilk “Korporativ  Hüquq” kitabının müəllifidir.

Fərqanə Məmmədova 19 yanvar 1975-ci ildə anadan olub. Ali təhsilini 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və beynəlxalq münasibətlər” fakültəsində alıb. 2008-2010-cu illərdə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının direktoru vəzifəsində çalışıb. 2012-2015-ci illərdə “Bank of Baku”-da  İnsan Resursları departamentinin direktoru olub.

Qeyd edək ki, əvvəlki departament direktorlarının iş yerlərini dəyişməsi ilə əlaqədar bu vəzifələr vakant idi.

Xəbər 852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR