Kanadada anomal isti hava 54 nəfərin ölümünə səbəb olub

Kanadada anomal isti hava 54 nəfərin ölümünə səbəb olub

Kanadanın Kvebek əyalətində anomal isti hava səbəbindən yeddi gün ərzində 54 nəfər ölüb.
 
Bu barədə "Report" CBC-yə istinadən xəbər verir.
Ən çox insan (28 nəfər) Monrealda dünyasını dəyişib. Ölənlərin çoxu 65 yaşdan yuxarı və "fiziki və ya psixi sağlamlığında problemlər" olanlardır.
Monrealda ölənlərin, təqribən, 60% -i çoxmərtəbəli binalarda yaşayan və evlərində kondisioner olmayan tənha kişilərdir.
Kvebekdə havanın temperaturu bu həftə müsbət 34°C qədər qalxıb.
İyulun 5-də təcili yardım maşınları 1 378 çağırışa gedib, bu da normadan 30% çoxdur. 
Proqnozlaşdırılır ki, yaxın iki gün ərzində havanın temperaturu müsbət 29°C səviyyəsində qalacaq.
 
Aktual.az
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR