Kamran Ağayev Çexiya klubu ilə müqavilə bağladı

Kamran Ağayev Çexiya klubu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav” klubu ilə müqavilə bağlayıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper 1+1 illik sözləşməyə imza atıb.

Mlada Boleslav şəhərinin eyniadlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu” ilə görüşlər üçün sifariş edib.

O, yeni komandasında 30 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Kamran Ağayev son mövsümü Portuqaliyanın "Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub.
 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR