Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

İyunun 13-ü Klyuçovskaya Sopka vulkanı 5 min metr hündürlüyədək kül püskürüb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu haqda yerli XİN xəbər verir.
Külək sayəsində kül qərb və cənub-qərb istiqamətlərində yayılıb.
Külün yolu istiqamətində yaşayış məntəqələri yoxdur. Turistlərə vulkan yaxınlığında marşrut təşkil etməmək tövsiyə olunub.
Vulkana narıncı aviasiya təhlükə kodu verilib.
Qeyd edək ki, 4 min 850 metr hündürlüyü olan Klyuçovskaya Sopka vulkanı Avrasiyanın aktiv olan ən yüksək vulkanıdır.
 
Aktual.az 
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR