Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 1 milyard dolları ötüb

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 1 milyard dolları ötüb
  • DÜNYA

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları dövlətə 1,045 milyard dollar zərər vurub. Bunu ştatın sığorta üzrə departamentinin nümayəndəsi Deyv Cons bildirib.
Aktual.az  AZƏRTAC
-a istinadən bildirir ki, bu rəqəmin artacağı gözlənilir. Belə ki, yanğınların vurduğu zərər barədə məlumatlar yenə də gəlməkdə davam edir.
Deyv Consun sözlərinə görə, informasiyalar Kaliforniyanın ən iri 8 sığorta kompaniyasından əldə edilib. Həmin məlumatlara görə, ştatda təxminən 5 min ev tamamilə məhv olub, 4 mindən çox evə isə qismən zərər dəyib. Həmçinin 3 minə yaxın avtomobil yararsız vəziyyətə düşüb.

Xatırladaq ki, oktyabr ayının əvvəllərində Kaliforniya ştatının bir neçə dairəsində güclü meşə yanğınları baş verib. Təhlükəli zonalardan təxminən 100 min nəfər təxliyə edilib. Yanğınlar nəticəsində 42 nəfər həlak olub.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR