Kaladze yenidən SOCAR rəhbərliyi ilə görüşəcək

Kaladze yenidən SOCAR rəhbərliyi ilə görüşəcək

Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

Aktual.az bildirir ki, bu barədə Trend IPN agentliyinə istinadən məlumat verir.

K.Kaladzenin sözlərinə görə, səfəri çərçivəsində SOCAR-ın nümayəndələri, eləcə də konsorsium rəhbərliyi ilə görüşəcək: "Biz "Şahdəniz"dən əlavə həcmlər ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə "Qazprom"la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq".

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR