Kaka futboldan gedir

Kaka futboldan gedir
  • İDMAN

Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.

Aktual.az Report-a istinadən bildirir ki, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.
"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.
Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.
 

Aktual.az 

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR