Kafedə iki nəfəri bıçaqlayan Sumqayıt sakininin cəzası endirilib - (EKSKLÜZİV FOTO)

Kafedə iki nəfəri bıçaqlayan Sumqayıt sakininin cəzası endirilib - (EKSKLÜZİV FOTO)

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakini Rövşən Səfərovun CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, bıçaqlanma ötən il fevralın 16-da Sumqayıt şəhərindəki kafelərdən birində baş verib. Belə ki, əvvəllər məhkum olunan Rövşən Səfərov tanışları Emin Əhmədov və Pərvin Qarayevi bıçaqlayıb, sonra isə hadisə yerindən qaçıb. Üç gündən sonra şübhəli şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Səfərov 8 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, R.Səfərovun apellyasiya şikayəti qismən təmin edilib. Onun əməli CM-nin 126.2.4-cü maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və onun cəzası 4 il 6 ay müddətinə endirilib.




Xəbər 713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR