Jirinovskidən TARİXİ ETİRAF: “Ermənistana görə minlərlə rus əsgəri məhv olub”

Jirinovskidən TARİXİ ETİRAF: “Ermənistana görə minlərlə rus əsgəri məhv olub”

"Ermənistanın müdafiəsi uğrunda həmişə bizim yüzlərlə, minlərlə əsgərimiz vuruşub. Onların sərhədlərini müdafiə edib, orada məhv olublar”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan həmişə Rusiyaya minnətdar olmalıdır.

V.Jirinovski təklif edib ki, Ermənistanla Rusiyanın yaratdığı birləşmiş qoşunların komandanlığı Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi və ali baş komandanın əmrində olmalıdır.

"Çünki birgə qoşunların fəaliyyəti mənfi nəticələrə gətirib çıxara bilər. Bizim icazəmiz olmadan onlar hansısa döyüş fəaliyyətinə başlayacaqlar və bizim əsgərlər də avtomatik olaraq bu döyüşlərə qoşulacaq”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması bu ilin 30 noyabrında Moskvada imzalanmış Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmalarının yaradılması haqda sazişi ratifikasiya edib.
 
Aktual.az
Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR