İzmirdə məhkəmə qarşısında partlayış törədilib

İzmirdə məhkəmə qarşısında partlayış törədilib
  • DÜNYA

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

Aktual.az  xəbər verir ki, APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.

Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.
 
Aktual.az  
Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR