İydə ağacını kəsən şəxs 2500 manat cərimələndi

İydə ağacını kəsən şəxs 2500 manat cərimələndi

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkar olunub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.
 
Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR