İTV-yə yeni baş DİREKTOR SEÇİLDİ

İTV-yə yeni baş DİREKTOR SEÇİLDİ

Bu gün Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib. İclası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov açıq elan edib. Daha sonra səsvermə başlayıb.

Publika.az xəbər verir ki, Quliyev Cəmil Elşad oğlu yenidən İTV-nin baş direktoru seçilib. Şuranın 9 üzvünün hamısı yekdilliklə C.Quliyevin namizədliyini dəstəkləyib.
İclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.
İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
 
Aktual.az
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR