Azərbaycanlı aparıcı vəfat etdi

Azərbaycanlı aparıcı vəfat etdi

 Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilov 39 yaşında vəfat edib.

Bu barədə "Report"a idarədən məlumat verilib.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.
Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış "Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.


Aktual.az
Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR