İtmiş əşyaların axtarılma müddəti azaldıldı

İtmiş əşyaların axtarılma müddəti azaldıldı

Daxili İşlər Nazirliyinin Kollegiyası "İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də dəyişiklik edib.

Aktual.az APA-ya istinadən bildirir ki, bu reqlament itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün elektron müraciətin və sənədlərin qəbulu ilə bağlıdır.

Aprelin 15-dən qüvvəyə minmiş dəyişiklik şikayətin baxılma müddəti ilə əlaqədardır. Bundan əvvəl şikayətə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanun ilə müəyyən olunmuş qaydada 1 ay müddətində, əlavə araşdırılma tələb olunmadıqda isə 15 gün müddətində baxılıb. Qanunda edilən dəyişikliklə əlaqədar itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün şikayətə baxılma müddəti də iki dəfə azaldılıb. Başqa sözlə, şikayətə "Vətəndaşların müraciətləri haqqında" qanunun ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR