İtən neftçilərin axtarışları davam edir

İtən neftçilərin axtarışları davam edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində keçən il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR