İtaliya yaşlı əhalinin sayına görə dünyada ikincidir

İtaliya yaşlı əhalinin sayına görə dünyada ikincidir

Çərşənbə günü demoqrafiya problemləri üzrə İtaliyanın Milli Statistika Agentliyinin (İSTAT) illik nəşr olunmuş məruzəsinə əsasən, 2017-ci ildən başlayaraq növbəti 3 il üçün İtaliya əhalisinin sayında azalma proqnoz edilib.

AZƏRTAC xəbər verir ki, İSTAT-ın 2018-ci ilin yanvar ayının 1-nə olan məlumatına görə, ölkə əhalisinin sayı təxminən 60,5 milyon nəfər təşkil edib. Bu isə ötən illə müqayisədə 100 min nəfər azdır. Əhalinin 5,6 milyon nəfərini və ya ümumi əhali sayının 8,4 faizini əcnəbilər təşkil edir.
İSTAT-ın rəsmi statistikasına əsasən, əhalinin qocalması üzrə göstəricilər baxımından İtaliya dünyada 2-ci yerə yüksəlib.

Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR