İstanbuldan Azərbaycana gələn avtobus aşıb – 30 nəfər yaralı var – YENİLƏNİB

İstanbuldan Azərbaycana gələn avtobus aşıb – 30 nəfər yaralı var – YENİLƏNİB

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.

APA-nın "Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.
İstanbuldan Azərbaycana gələn "İğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.
Qəzada əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb.
Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
 
*****
 Qars şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralananlardan 29 nəfəri Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. 

Bu barədə "Report"a Azərbaycanın Qarsdakı Baş Konsulluğundan məlumat verilib. 
Bildirilib ki, İstanbul-İğdır reysi üzrə hərəkət edən sərnişin avtobusu dekabrın 25-də səhər saatlarında Karakurt-Kağızman avtomobil yolunda aşıb. 
"Ümumilikdə, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ağır yaralı yoxdur. Yaralılar Qars və Sarıkamış dövlət xəstəxanalarına çatdırılıblar. Artıq onlardan 4 nəfəri evə buraxılıb", - Baş Konsulluqdan qeyd olunub. 

Aktual.az
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR