İstanbulda Bosfor boğazının altından üç mərtəbəli tunel tikiləcək

İstanbulda Bosfor boğazının altından üç mərtəbəli tunel tikiləcək

İstanbulda Bosfor boğazının altından yeni tunel inşa ediləcək.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.

6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.

3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir.
 
Aktual.az
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR