İstanbulda bina çöküb: 2 ölü, 17 yaralı

İstanbulda bina çöküb: 2 ölü, 17 yaralı
  • DÜNYA

İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb

AzVision.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 1 nəfər hadisə yerində, digəri xəstəxanada dünyasını dəyişib. 

Xəsarət alanların sayı isə 17-yə çatıb. 

Qeyd olunub ki, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb. Bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 

***

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda bina çöküb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, altı mərtəbəli binanın çökməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Dağıntılar altından 2 nəfər çıxarılaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Çökən binaya bitişik yanacaqdoldurma məntəqəsi, binanın aşağı mərtəbəsində isə işlək ATM mərkəzləri və iri supermarket var imiş.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR