İstanbulda 3-cü aeroport tikilir

İstanbulda 3-cü aeroport tikilir

İstanbulda 3-cü aeroportun (Istanbul Grand Airport - İGA) tikintisi üzrə işlərin 55 faizi başa çatıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə aeroportun baş icraçısı Hüseyn Kəskin deyib.

Onun sözlərinə görə, hazırda İstanbuldakı hava limanları 46 aviaşirkətin təyyarələrini qəbul edir. Yeni aeroport istifadəyə verildikdən sonra isə bu rəqəm 100-ə çatacaq. Yeni aeroportdan 350 istiqamətə uçuşlar planlaşdırılır. İlk olaraq burada ildə 90 milyon, daha sonra isə 150 milyon sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur.

2018-ci ilin oktyabrında aeroportun ilk hissəsinin istifadəyə veriləcəyi bildirilir. 10 milyard türk lirəsinə başa gələcək hava limanında eləcə də mağazalar şəbəkəsi, logistika və sərgi mərkəzləri olacaq.

Yeni hava limanı İstanbulun şimal hissəsində yerləşir.

Qeyd edək ki, hazırda Türkiyədə 55 aeroport fəaliyyət göstərir. Ölkədə ilk hava limanı 1912-ci ildə hərbi məqsədlər üçün tikilib.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR